Axtar
AZN
Azərbaycan
bütün kateqoriyalar
    Menyu Yaxın

    Warson Qurd əleyhinə şərbət

    İstehsalçı: Bəyaz Flora
    Warson Uşaqlarda qurd invaziyalar zamanı qidanı bioloji fəal maddələr ilə zənginləşdirmək üçün tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir (BFMQƏ). Nematodial infeksiyalar: askaridoz, trixurioz, ankilostomioz, enterobioz, trixinoz, toksokaridoz, lyamblioz, strongiloidoz; qarışıq helmintoz. Toxuma sestodiozu: neyrosistiserkoz, qaraciyərin, ağciyərlərin və peritonun hidatid exinokokkozu; alveolyar exinokokkozun cərrahi müalicəsində əlavə vasitə kimi.
    11,50 ₼
    VB Bonus: +0,5750
    i h
    Alıcı
    *
    *
    Göndərmə üsulu
    ad
    Təxmini Göndərmə
    Qiymət
    Çatdırılma seçimi yoxdur

    Tərkibi: 10 ml şərbətin tərkibinə daxildir: Təsiredici maddələr: Dərman gülümbaharı (Calendula officinalis) çiçəklərinin duru ekstraktı – 1,5 ml Adi zirə (Carum carvi) meyvələrinin duru ekstraktı – 1,5 ml Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 1,5 ml Dərman gülxətmi (Althaea officinalis L.) kökünün duru ekstraktı – 1,5 ml

    Faydaları : Nematodial infeksiyalar: askaridoz, trixurioz, ankilostomioz, enterobioz, trixinoz, toksokaridoz, lyamblioz, strongiloidoz; qarışıq helmintoz. Toxuma sestodiozu: neyrosistiserkoz, qaraciyərin, ağciyərlərin və peritonun hidatid exinokokkozu; alveolyar exinokokkozun cərrahi müalicəsində əlavə vasitə kimi.

    Köməkçi maddələr: Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Qatı moruq şirəsi (Raspberry juice concentrate), Təmizlənmiş su (Purified water).

    Məhsul haqqında məlumat: Warson - Uşaqlarda qurd invaziyalar zamanı qidanı bioloji fəal maddələr ilə zənginləşdirmək üçün tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir (BFMQƏ).

    Əks göstərişlər: Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq. 4 yaşına qədər uşaqlar. İstifadə qaydası və dozası: 4-7 yaş uşaqlar: 10 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra; 8-14 yaş uşaqlar: 15 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra; 14 yaşdan yuxarı uşaqlar və böyüklər: 20 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra; Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!

    Əlavə təsirləri: Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.

    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz! Tövsiyə edilən sutkalıq dozanı aşmayın! Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin! Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir. 4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR! Buraxılış forması: Şüşə flakonda, şərbət formasında, 100 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.

    Saxlanma şəraiti: Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

    Yararlılıq müddəti: 3 il. İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.

    Aptekdən buraxılma şərti: Reseptsiz.