Axtar
AZN
Azərbaycan
bütün kateqoriyalar
    Menyu Yaxın

    SEPTINOSS Burun spreyi

    İstehsalçı: Bəyaz Flora
    SEPTINOSS 20ml Burun boslugunu nəm saxlayır. Qrip, zökəm zamanı iltihabı aradan qaldırır. Rinit, Sunisit zamanı istifadə olunur.
    4,50 ₼
    VB Bonus: +0,2250
    i h
    Alıcı
    *
    *
    Göndərmə üsulu
    ad
    Təxmini Göndərmə
    Qiymət
    Çatdırılma seçimi yoxdur

    Tərkibi: (20 ml üçün)

    Təsiredici maddələr: Dəniz duzu – 440 mq Evkalipt yağı – 100 mq Timol – 6,4 mq Alfa - tokoferol asetat – 340 mq İstiotlu nanə yağı – 200 mq

    Faydaları: Burun boşluğunu nəm saxlayır , qrip, zökəm zamanı iltihab aradan qaldırır , rinit , sunisit zamanı istifadə olunur

    Köməkçi maddələr: Təmizlənmiş su, Qliserin.

    Məhsul haqqında məlumat: Septinoss - Burunun selikli qişasının quruluğu ilə müşayət olunan selikli qişanın kəskin və xroniki iltihabi xəstəliklərində, burun boşluğunda əməliyyatdan sonrakı dövrdə tövsiyə olunan BFMQƏ-dir.

    Əks göstərişlər:

    Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

    İstifadə qaydası və dozası: 4-7 yaş uşaqlar: 1 püskürtmə gündə 2-3 dəfə.

    8-14 yaş uşaqlar: 2 püskürtmə gündə 2-3 dəfə.

    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 3-4 püskürtmə gündə 2-3 dəfə.

    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!

    Əlavə təsirləri:Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur. Xəbərdarlıq: DƏRMAN VASİTƏSİ DEYİLDİR! BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİDİR. Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz! Tövsiyə edilən sutkalıq dozanı aşmayın! Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin! Məhsul balanslaşdırılmış qidanı əvəz etmir. 4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!

    Buraxılış forması: Plastik flakonda, sprey formasında 20 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.

    Saxlanma şəraiti: Qablaşma qutusunda 25°C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

    Yararlılıq müddəti: 3 il. İstehsal tarixi qutunun üzərində qeyd olunub.

    Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.

    Aptekdən buraxılma şərti: Reseptsiz.