Tərkibi:(30 ml üçün)
Təsiredici maddələr: Gümüş (Argentium) ionları, Silver (Argentium) ions – 70 mkq Qara qarağat (Ribes nigrum) yarpağının duru ekstraktı, Blackcurrant (Ribes nigrum) leaf liquid extract – 2 ml Aptek çobanyastığı (Matricaria recutita) çiçəyinin duru ekstraktı, Chamomile (Chamomilla recutita) flower liquid extract – 2 ml Adi qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı, Oregano (Origanum vulgare) herb liquid – 2 ml İstiotlu nanə (Mentha piperita) yarpağının duru ekstraktı, Mint (Mentha piperita) leaf liquid extract – 2 ml Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı, Marigolds (Calendula officinalis) flower liquid extract – 2 ml Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı, Thyme (Thymus vulgaris) herb liquid extract – 2 ml Ensizyarpaq lavanda (Lavandula angustifolia) çiçəyinin duru ekstraktı, Lavender (Lavandula angustifolia) flower liquid extract – 2 ml Böyük bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı, Plantago (Plantago major) leaf liquid extract – 2 ml Çaytikanı (Hippophae rhamnoides) meyvəsinin yağı, Buckthorn (Hippophae rhamnoides) fruit oil – 2 ml Vərəmum ( Propolis) cövhəri, Propolis tincture – 1,8 ml
Köməkçi maddələr:Saxaroza (Sucrose), Kalium sorbat (Potassium sorbate), Qliserin (Glycerol), Limon turşusu (Citric acid), Təmizlənmiş su (Purified water).
Əks göstərişlər:Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası: 1,5-4 yaş uşaqlar: Gündə iki dəfə 1 püskürtmə.
4-14 yaş uşaqlar: Gündə iki dəfə 2 püskürtmə.
14 yaşdan yuxarı uşaqlar və böyüklər: Gündə üç dəfə 2 püskürtmə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Dərman vasitəsi deyildir.Tibb vasitəsidir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti: 3 il. İstehsal tarixi qutunun üzərində qeyd olunub.
Saxlanma şəraiti: Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.