Axtar
AZN
Azərbaycan
bütün kateqoriyalar
    Menyu Yaxın

    Perameda Böyrəklər üçün

    İstehsalçı: Bəyaz Flora
    Perameda 30 kapsul Sidikqovucu, uroseptik, antibakterial vasitə kimi sidik-cinsiyyət infeksiyaları (kəskin sistit, uretrit, pielonefrit); ginekoloji infeksiyalar; dəri və yumşaq toxuma infeksiyaları; uroloji əməliyyatlar zamanı profilaktik istifadə (sistoskopiya, kateterizasiya daxil olmaqla) istifadə olunur.
    15,50 ₼
    VB Bonus: +0,7750
    i h
    Alıcı
    *
    *
    Göndərmə üsulu
    ad
    Təxmini Göndərmə
    Qiymət
    Çatdırılma seçimi yoxdur

    Tərkibi: (1 kapsul üçün) Təsiredici maddələr: Lespedeza (Lespedeza capitata) otunun quru ekstraktı – 120 mq Sallaq tozağacı (Betula pendula) yarpağının quru ekstraktı – 40 mq Böyrəkotu (Orthosiphon stamineus) yarpağının quru ekstraktı – 40 mq Qarğıdalı (Zea mays) saçağının quru ekstraktı – 40 mq Mərcanı (Vaccinium oxycoccus) meyvəsinin quru ekstraktı – 40 mq Çöl qatırquyruğu (Equisetum arvense) otunun quru ekstraktı – 40 mq Adi qaragilə (Vaccínium myrtillus) meyvəsinin quru ekstraktı – 20 mq It itburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 20 mq Adi boyaqotu (Rubia tinctorum) kökünün quru ekstraktı – 20 mq Natrium sitrat – 7,5 mq Kalium sitrat – 7,5 mq

    Faydaları: Sidikqovucu, uroseptik, antibakterial vasitə kimi sidik-cinsiyyət infeksiyaları (kəskin sistit, uretrit, pielonefrit); ginekoloji infeksiyalar; dəri və yumşaq toxuma infeksiyaları; uroloji əməliyyatlar zamanı profilaktik istifadə (sistoskopiya, kateterizasiya daxil olmaqla) istifadə olunur.

    Köməkçi maddələr: Qarğıdalı nişastası (Corn starch), Maqnezium stearat (Magnesii stearas), Silisium dioksid (Oxidum silicii), Təbii jelatin (Natural gelatin) (kapsulların örtüyünü hazırlamaq üçün). Məhsul haqqında məlumat: Perameda - Sidik ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.

    Əks göstərişlər: Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq. İstifadə qaydası və dozası: Böyüklər: 1 kapsul gündə 1-2 dəfə yeməkdən sonra. Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!

    Əlavə təsirləri: Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.

    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz! Tövsiyə edilən sutkalıq dozanı aşmayın! Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin! Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.

    Buraxılış forması: Perameda kapsullar № 30 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.

    Saxlanma şəraiti: Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Yararlılıq müddəti: 3 il. İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.

    Aptekdən buraxılma şərti: Reseptsiz.